Sülhlə bağlı razılaşma var? - AÇIQLAMA

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanma ehtimalına münasibət bildirib.

Metbuat.az xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında danışıqların iki əsas komponentə əsaslandığını qeyd edib:

    “Biri fiziki görüşlərdir və bunun əhəmiyyəti var. Hazırda Azərbaycan nümayəndə heyətinin əsas fokusu COP-la bağlıdır. Bu səbəbdən dekabrdan öncə fiziki görüşlərin olması mümkün deyil. Dekabr, ya yanvar ayında olması sonrakı məsələdir. Hələlik bununla bağlı hər hansı konkret razılaşma yoxdur. Fiziki görüşlərdən başqa, sənəd üzərində iş davam edir və bu iş hazırda da dayanmayıb”.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı