ABŞ-də İsrailə silah satışının dayandırılması müzakirə edilir

ABŞ-nin Merilend ştatının nüfuzlu senatoru Kris Van Hollen bəyan edib ki, İsrailə bəzi hücum silahlarının satışının qarşısını almaq üçün Senata təqdim olunacaq “Birgə Təsdiqləmə Qətnamələrini” dəstəkləyəcək.

Metbuat.az xəbər verir ki, o bildirib ki, ABŞ-dan alınan silahlar humanitar qanunlara uyğun istifadə edilməli və bu silahların istifadə olunduğu bölgələrə humanitar yardımların çatdırılması asanlaşdırılmalıdır. Senator Qəzzada bu şərtlərin hər ikisinin pozulduğunu vurğulayıb. Van Hollenin sözlərinə görə, İsrailin Qəzza və Livandakı hücumları ABŞ-nin etibarına xələl gətirir. ABŞ Prezidenti Co Baydenin ölkənin qanunlarına məhəl qoymayaraq ABŞ-ın maraq və dəyərlərinə zərbə vurduğunu deyən Van Hollen bildirib ki, Bayden İsrailin baş naziri Binyamin Netanyahuya hərəkətlərinə görə təzyiq göstərər bilmir.

Van Hollen Senatdakı həmkarlarına məktub göndərərək, onları birgə qətnamələri dəstəkləməyə çağırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı