"Onlar üçün narahatam" - İkardinin atası danışdı / FOTO

"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardinin atası Xuan Karlos oğlunun bitmək üzrə olan evliliyi və zədəsi ilə bağlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, "America TV"yə açıqlama verən Xuan Karlos uzun müddətdir nəvələri üçün darıxdığını, uzun müddətdir onları görmədiyini bildirib. Oğlunun zədəsi ilə bağlı narahat olduğunu deyən Karlos İkardinin şəxsi həyatı ilə bağlı suala isə cavab vermək istəməyib:

"Mauro ilə Wanda arasındakı məsələ məni maraqlandırmır. Bu barədə fikir bildirə bilmərəm".

Qeyd edək ki, Argentinada yayımlanan "Socios" proqramında danışan Mauro İkardi Türkiyə və dünya mətbuatında yer alan şiddət iddialarını qəti şəkildə təkzib edib. Futbolçu bu məsələnin Wanda Nara tərəfindən yaradılmış manipulyasiya olduğunu deyib: "Heç vaxt şiddət tətbiq etməmişəm. Wanda, mənim yazdığım mesajı sosial mediada paylaşaraq məni bütün dünyanın qarşısında axmaq kimi göstərdi. Bu da psixoloji bir şiddətdir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı