[ 08 İyun 2015 14:02 ]



Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Bakcell” şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən təşkil olunan “Mançester Yunayted III yay futbol məktəbi”nin təlim-məşq toplanışları başa çatıb.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, təlim-məşq toplanışlarının son günü təşkil olunan mərasimdə 34 uşaq arasından ən yüksək nəticələr nümayiş etdirən 5 iştirakçının adları elan olunub:

Nihad Xәlilli (Sumqayıt)

Nihad Fərəci (Gəncə)

İbrahim Ağayarov (Bakı)

Elmar Әzizov - qapıçı (Xaçmaz)

Cavid Fərzəliyev - qapıçı (Sumqayıt)

Qeyd edək ki, bu uşaqlar İngiltərənin Mançester şəhərinə - "Mançester Yunayted" klubunun yay futbol məktəbində hazırlıq keçməyə göndəriləcəklər.