Gürcüstanda prezident yeni qaydalar əsasında seçiləcək

Gürcüstanın altıncı prezidenti ilk dəfə dolayı yolla, 300 üzvdən ibarət seçki kollegiyası tərəfindən seçiləcək.

Metbuat.az xəbər verir ki, prezident seçkiləri dekabrın 14-də saat 09:00-da Parlament Sarayında keçiriləcək.

Gürcüstan Konstitusiyasına və qanunvericiliyin tələblərinə əsasən, seçki kollegiyasında parlamentin, Abxaziya və Acarıstan Muxtar respublikalarının Ali sovetlərinin, habelə siyasi partiyalar tərəfindən irəli sürülmüş şəhər şuralarının üzvlərinin hamısı proporsional şəkildə təmsil olunmalıdır.

Konstitusiyaya görə, namizəd birinci turda seçilmək üçün kollegiya üzvlərinin ən azı üçdə ikisinin səsini toplamalıdır. Prezidentliyə namizəd 2/3 səs toplaya bilməsə, ikinci tur keçiriləcək.

Prezidentin andiçmə mərasimi dekabrın 29-da, seçki günündən sonra üçüncü bazar günü keçiriləcək.

Dövlət başçısı bu vəzifəni 5 il müddətinə icra edəcək.

“Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası Gürcüstanın altıncı prezidenti vəzifəsinə Mixail Kavelaşvilinin namizədliyini irəli sürüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı