HƏMAS Fələstin Xalqı ilə Beynəlxalq Həmrəylik Günü münasibətilə yazılı açıqlama verib.
Metbuat.az xəbər verir ki, açıqlamada, İsrailin Qəzzada soyqırımı dayandırması üçün bütün dünyada nümayişlər keçirməyə çağırıb. Bəyanatda, “Ərəb və müsəlman dünyasında, dünyanın azad ölkələrində, bütün şəhərlərdə, paytaxtlarda və meydanlarda həmrəylik yürüşləri və kütləvi tədbirlər təşkil etməyə çağırırıq” - deyə bildirilir. Açıqlamada deyilir ki, Birləşmiş Millətlər Təşkilatı İsrailin Qəzza zolağına hücumlarını dayandırmaq üçün ciddi və effektiv işləməsi barədə üzərinə düşən tarixi vəzifələri yerinə yetirməlidir.
Həmçinin, HƏMAS İordan çayının qərb sahili, Qüds və 1948-ci ildə işğal olunmuş ərazilərdəki fələstinlilərə İsrail işğalına qarşı hər cür müqaviməti gücləndirmək çağırışı edilib.