Rusiya hərbi büdcəsini kəskin artırdı

Rusiya Prezidenti Vladimir Putin 2025-ci il üçün hərbi xərcləri rekord səviyyəyə qaldıraraq büdcə planlarını təsdiqləyib.

Metbuat.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.

Məlumata görə, ölkə büdcəsinin təxminən 32,5%-i milli müdafiəyə ayrılıb.

Müdafiəyə ayrılan məbləğ 13,5 trilyon rubl (145 milyard dollardan çox) təşkil edir.

Xatırladaq ki, 2024-cü ildə Rusiyanın müdafiə qabiliyyətinə ayılan vəsait büdcənin 28,3% təşkil etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı