Türkiyə Həvəskarlar Liqasının C Qrupunda keçirilən “Dinar Belediye Spor” - “Demir Çevre Spor “matçında gərginlik baş verib.
Metbuat.az xəbər verir ki, 12 xalla liderlik uğrunda yarışan iki komandanın qarşılaşması Dinar rayon stadionunda keçirilib. Matçın 45-ci dəqiqəsində "Dinar Belediyespor"un futbolçuları rəqib futbolçuların cərimə zərbəsindən əvvəl topu oyuna gec daxil etməsinə reaksiya veriblər. İki komandanın futbolçuları arasında şifahi mübahisədən sonra dava düşüb. Futbolçular meydanda bir-birini itələyərək yumruq və təpiklər atıblar. Hakim "Dinar Belediye Spor" və "Dəmirçevre Spor" klublarının hər birinin meydanda olan 5, ehtiyat oyunçular skamyasında olan isə 2 futbolçusuna qırmızı vərəqə göstərib.
Komandadakı oyunçuların sayı 7-dən aşağı düşdüyü üçün matç ləğv edilib.