Suriya ordusu Həma şəhərini itirir

Suriya hökumət qüvvələri strateji əhəmiyyətə malik Həma şəhərindən geri çəkilir.

Metbuat.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, hökumət qüvvələrinin Həmadan geri çəkilməsi, ötən həftə Suriyanın ən böyük şəhəri olan Hələbi nəzarətə götürən üsyançıların ikinci böyük qələbəsi olub.

CNN qeyd edib ki, Həma şəhəri Suriyanın qərb və mərkəzi hissələrində logistik marşrutların kəsişmə nöqtəsində yerləşir. Şəhər həm də paytaxt Dəməşq və Hələb arasında birbaşa təchizat xətlərini təmin edən strateji mövqeyə malikdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı