Rusiya Suriyadakı qoşunlarının təhlükəsiz çıxarılması üçün Türkiyədən dəstək istəyib.
Metbuat.az xəbər verir ki, bu barədə “Clash Report” mənbələrə istinadla məlumat yayıb. Bildirilib ki, Suriyada Əsəd rejimini devirən “Heyət Təhrir əş-Şam” qruplaşması Rusiyanın Suriyadakı hərbi bazalarının təhlükəsizliyinə təminat verib.
Bununla yanaşı, Bəşər Əsədin ailəsi ilə birlikdə Moskvaya sığındığı rəsmi mənbələr tərəfindən təsdiqlənib.