Mərkəzi Bank 2 hüquqi şəxsə və 8 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalarını ləğv edib.
Metbuat.az bu barədə tənzimləyici quruma istinadən xəbər verir ki, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun (Qanun) 107.1.2-ci maddəsinə müvafiq olaraq, lisenziyalarının qüvvəsinin dayandırılmasına əsas vermiş halları müəyyən edilmiş müddətdə aradan qaldırmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 20 noyabr 2024-cü il tarixli Qərarına əsasən 2 (iki) hüquqi şəxsə və 5 (beş) nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.
Həmçinin, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin həmin tarixli Qərarı ilə Qanunun 107.1.3-cü maddəsinə əsasən, 12 ay ərzində lisenziyanın qüvvəsinin iki dəfə dayandırılmasına səbəb olmuş halın, lisenziyanın qüvvəsinin həmin hal əsasında sonuncu dəfə dayandırıldığı tarixdən etibarən 9 ay ərzində təkrar yarandığını nəzərə alaraq, 3 (üç) nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.
"Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 107.1.2-ci və 107.1.3-cü maddələrinə əsasən lisenziyaları ləğv edilən sığorta agentlərinin siyahısı:
№ | Sığorta agentinin adı | Lisenziyanın tarixi | Lisenziyanın nömrəsi | VÖEN |
1 | Aslanov Emin Cahangir oğlu | 24.12.2014 | 080626 | 1402867982 |
2 | Nəcəfova Cəmilə Mahal qızı | 15.01.2013 | 000827 | 1502019352 |
3 | Tanrıverdiyev Elsevər Səlimxan oğlu | 14.10.2011 | 000493 | 1701269112 |
4 | Axundov Əlihüseyin Cavad oğlu | 25.09.2009 | 000260 | 6800470702 |
5 | Bağırov Elvin Eldar oğlu | 07.08.2015 | 080691 | 1304161162 |
6 | Həsənov Tərlan Valeh oğlu | 18.08.2011 | 000469 | 6500333332 |
7 | Mirzəyev Nemət Elçin oğlu | 12.01.2017 | SA-003 | 2903448552 |
8 | Namazova Rəna Elməddin qızı | 21.07.2009 | 000215 | 6600144722 |
9 | "AZPRO Consulting" MMC | 23.02.2023 | SA-0281 | 8700150811 |
10 | "Davood" MMC | 26.12.2018 | SA-0124 | 190330 |