"Qalatasaray"ın planlarını pozdu - Əfsanə futbolçunu Türkiyəyə getməyə qoymur

“Tottenhem”də çıxış edən və klubun əfsanəsi olan Heung Min Son haqqında yeni iddia ortaya atılıb.

Metbuat.az xəbər verir ki, “Qalatasaray”ın transfer etmək üçün səy göstərdiyi iddia edilən futbolçunun İngiltərə klubuna gedəcəyi irəli sürülür. “Todofichajes”in xəbərinə görə, cənubi koreyalı ulduzun müqaviləsi mövsümün sonunda başa çatır. “Mançester Yunayted” bundan istifadə edərək futbolçunu heyətinə qatmaq istəyir. Yeni baş məşqçi Ruben Amorimin bu transferə böyük həvəslə yanaşdığı və rəhbərliyə bu transferi həyata keçirməsi üçün təzyiq göstərdiyi vurğulanıb. Bildirilib ki, bu transfer kluba son illərdə həm Premyer Liqada, həm də Çempionlar Liqasında itirdiyi nüfuzunu qaytara bilər.

Qeyd edək ki, bu mövsümün 16 matça çıxan hücumçu 5 dəfə fərqlənib, 4 məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı