“Apple” Çində rekord vurdu

2024-cü ilin üçüncü rübündə Çində ən çox satılan smartfon modelləri ilə bağlı statistika marağa səbəb olub.

Metbuat.az xəbər verir ki, siyahının ilk sırasında Çin brendlərinin olmaması müzakirələrə səbəb olub. Statistikaya görə, Çində ən çox satılan ABŞ telefonu olub. Texnologiya bazarını araşdıran “Canalys” şirkətinin məlumatlarına görə, 2024-cü ilin üçüncü rübündə Çində ən çox satılan smartfon “Apple”a məxsusdur. 2023-cü ildə buraxılan “iPhone 15 Pro Max” Çində satılan telefonlar arasında zirvədə yer alıb. İkinci yeri “Honor X50” modeli tutduğu halda, üçüncü yeri “iPhone 16 Pro Max” tutub. Siyahının qalan yerlərində “OPPO A3x”, “iPhone 16 Pro”, “Huawei Pura 70”, “Redmi K70 Ultra”, “iPhone 15 Pro”, “iPhone 15” və “vivo Y37” modelləri yer alıb.

Mütəxəssislər hesab edir ki, Çin smartfon istehsalçıları Çin bazarında fərqlənmək üçün çox səy göstərməlidirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR