HƏMAS-ın əlindəki bütün əsirlər azad edilə bilər - İsrail

Bütün əsirlərin azad edilməsini təmin edəcək razılaşma əldə etmək üçün fürsət var.

Metbuat.az xəbər verir ki, İsrailin müdafiə naziri İsrael Katz amerikalı həmkarı Lloyd Austin ilə telefon danışığı zamanı belə deyib. İsrailin Müdafiə Nazirliyinin məlumatına görə, Katz əsirlərin azad edilməsi ilə bağlı aparılan danışıqlar barədə amerikalı həmkarı Ostini məlumatlandırıb. Ostin bildirib ki, bütün əsirlərin geri qaytarılması üçün fürsət var.

Qeyd edək ki, bundan əvvəl HƏMAS-ın Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsində azad ediləcək məhbusların siyahısını Misirə təqdim etdiyi barədə məlumat dərc edilmişdi. Bildirilir ki, HƏMAS və İsrail arasında atəşkəs danışıqlarında irəliləyiş əldə olunub. Atəşkəs razılaşmasının birinci mərhələsində İsrailin hansı məntəqə və yerlərdən çıxacağı ilə bağlı razılıq əldə olunub. Atəşkəsdən sonra məhbusların azad edilməsi və İsrailin razılaşdırılmış ərazilərdən çıxarılması planlaşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR