Türkiyəni tərk edən suriyalıların sayı sürətlə artır - Nazir

Bəşər Əsəd rejiminin süqutundan sonra Türkiyədən 7621 suriyalı qaçqın ölkəsinə qayıdıb və ümumilikdə bu ilin 11 ayı ərzində bu göstərici 121 min 695 nəfər təşkil edib.

Metbuat.az Türkiyə mediyasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.

Nazirin sözlərinə görə, Türkiyədə hələ də 2 milyon 938 min nəfərdən çox suriyalı qaçqın yaşayır, onların əksəriyyəti Hələb vilayətinin keçmiş sakinləridir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR