​Əfqanıstanda 35-dən çox fəhlə həyatını itirdi

Əfqanıstanın şimalında yerləşən Səməngan vilayətinin Dara-Sof rayonunda kömür mədəninin uçması nəticəsində azı 35 nəfər uçqun altında qalıb.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Etilaatroz” qəzeti məlumat yayıb.

Mənbələrin məlumatına görə, uçqun dekabrın 14-də gecə saatlarında baş verib.

Hazırda uçqun altında qalanların taleyi bəlli deyil. Hadisə yerinə tibbi briqadalar və təcili yardım maşınları göndərilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı