Avropa İttifaqına daxil olmağın mənası yoxdur - Gürcüstanın yeni Prezidenti

“Dəyərlərdən və adət-ənənələrdən imtina edərək Gürcüstanın hansısa təşkilata qoşulmasının mənası yoxdur”.

Metbuat.az xəbər verir ki, bunu Gürcüstanın yeni prezidenti Mixeil Kavelaşvili “İmedi” telekanalına müsahibəsində deyib.

“Əgər bizim dəyərlərimiz və xarakterimiz, mədəniyyətimiz, dilimiz, inancımız, vətəni müdafiəmiz olmasaydı, hansısa təşkilata qoşulmağın nə mənası olardı? Biz Avropa Birliyinə olduğumuz kimi üzv olmaq istəyirik, inteqrasiyadan imtina etmirik. Eyni zamanda, Gürcüstan hakimiyyəti istənilən məsələ ilə bağlı müzakirələrə açıqdır, lakin Qərbdən müzakirə aparmaq üçün heç bir qarşılıqlı istək yoxdur, sadəcə tənqid var",- deyə o vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR