Müdafiə Nazirliyinin (MN) Satınalma və Təchizat İdarəsinin sabiq idarə rəisi Məlikməmməd Qurbanov barəsində olan hökmdən verilən apellyasiya protesti və apellyasiya şikayətləri üzrə məhkəmə yekunlaşıb.
Metbuat.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Mehriban Qarayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, sabiq idarə rəisinin cəzası 4 ildən 6 il 6 aya qaldırılıb.
Qeyd edək ki, Məlikməmməd Qurbanov 2015-2019-cu illərdə MN-nin Satınalmalar və Təchizat İdarəsinin rəisi vəzifəsindəı çalışıb. O, 2019-cu ildə ehtiyata buraxılıb. 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. M. Qurbanova qarşı Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham irəli sürülüb.