BMT TŞ Suriyanın ərazi bütövlüyünü dəstəklədi

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Suriyadakı hadisələrlə bağlı yazılı açıqlama verib.

Metbuat.az xəbər verir ki, bəyanatda BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinin əsas prinsipləri əsasında Suriyada əhatəli və suriyalıların rəhbərlik etdiyi siyasi prosesin qurulması çağırışı edilib. BMT Təhlükəsizlik Şurasının üzvləri Suriyanın suverenliyinə, müstəqilliyinə, birliyinə və ərazi bütövlüyünə sadiq olduqlarını bir daha bəyan ediblər və bütün dövlətləri bu prinsiplərə hörmət etməyə çağırıblar. Açıqlamada, Suriya və qonşularının bir-birinin təhlükəsizliyinə zərər verə biləcək hər hansı hərəkət və ya müdaxilədən qarşılıqlı şəkildə çəkinməsinin vacibliyi vurğulanıb.

Bəyanatda, BMT-nin Müşahidə Qüvvələrinin Colan təpələrindəki missiyasının dəstəkləndiyi və tərəflərin sülhməramlı personalının təhlükəsizliyini riskə atacaq hər hansı fəaliyyətdən çəkinməli olduğu bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı