ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcəsini 25 bənd azaldaraq 4,25-4,50 faiz aralığına endirib.
Metbuat.az xəbər verir ki, bu barədə Federal Ehtiyat Sistemi açıqlama verib. Məlumata görə, sözügedən qərar 11 lehinə, 1 əleyhinə səslə qəbul edilib. Bildirilib ki, Beth Hammack siyasət dərəcəsinin sabit saxlanılmasının tərəfdarı olub və bunun əleyhinə səs verib. Açıqlamada deyilir ki, bank hədəflərini dəstəkləmək üçün faiz dərəcəsini endirməyə qərar verib.
Qeyd edək ki, Federal Ehtiyat Sistemi 2020-ci ildə faiz dərəcəsini 0-0,25 faiz aralığına endirib. Aktiv alış əməliyyatını tamamlayan və ölkədə artan inflyasiya fonunda 2022-ci ildə faiz artırmağa başlayan FED, 2022-ci ildən bəri faiz dərəcələrini 11 dəfə artırıb. Bu artımlarla bankın siyasət faizi 2001-ci ildən bəri ən yüksək səviyyə olan 5,25-5,50 faiz aralığına yüksəlib. Faiz dərəcəsini sonuncu 2023-cü ildə 25 baza bəndi artıran FED, ardıcıl 8 iclasda faiz dərəcəsini dəyişməz olaraq, sabit saxlayıb.