Abxaziya "parlamenti"ndə atəş açıldı - Deputat öldü

Gürcüstanın işğal altında olan Abxaziya bölgəsinin qondarma parlamentində mübahisə silahlı qarşıdurmaya çevrilib.

Metbuat.az xəbər verir ki, insident nəticəsində deputat Vaxtanq Qolandzia ölüb, digər deputat Kan Kvarçia isə yaralanıb.

Hadisə regionda mədən işlərinin qadağan edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı baş verib. Məlumata əsasən, deputatlar Adqur Xarazia və Kan Kvarçia arasında mübahisə yaranıb. Mübahisə zamanı A.Xarazia silaha əl atıb və K.Kvarçianı öldürməyə çalışıb. Hadisəyə müdaxilə etməyə çalışan deputat Vaxtanq Qolandzia isə aldığı xəsarətlərdən həyatını itirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı