İsrail ordusu Xan Yunisin Əl-Məvasi bölgəsində fələstinli qaçqınların məskunlaşdığı çadıra raket zərbələri endirib.
Metbuat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin baş komissarı Filip Lazzarini açıqlama verib. Filip Lazzari İsrailin bundan əvvəl Əl-Məvasi bölgəsinin təhlükəsiz olduğu bəyanatını xatrıladıb. O bildirib ki, Qəzzada təhlükəsiz ərazi qalmayıb. Lazzarini qeyd edib ki, atəşkəs olmadan Qəzzada daha çox faciələr baş verəcək.