"Qarabağ" futbol klubu braziliyalı hücumçusu Olavio Juninyonun transferi ilə bağlı "Sevilya" ilə razılığa gəlib.
Metbuat.az xəbər verir ki, bu barədə İspaniyanın məşhur “Marca” nəşri məlumat yayıb.
Məlumata görə, "Qarabağ" bu transferdən bonuslarla birlikdə 4 milyon avro əldə edəcək. La Liqa klubu Olavio Juninyo ilə 2028-ci ilin sonuna qədər müqavilə bağlayacaq.