Qazaxıstanda Astana–Petropavlovsk magistralında baş verən zəncirvari yol qəzasında 100-ə yaxın avtomobil toqquşub.
Metbuat.az xəbər verir ki, qəzanın nəticələrinin aradan qaldırılmasına 150 nəfərlik canlı qüvvə və 68 xüsusi texnika cəlb edilib.
Hadisə zamanı ümumilikdə 71 nəfər, o cümlədən 8 uşaq təxliyə edilib. Müxtəlif dərəcəli xəsarət alan 10 nəfər xəstəxanaya yerləşdirilib.
İlkin ehtimallara görə, qəzanın baş verməsinə əlverişsiz hava şəraiti, görmənin məhdudlaşması və sürət həddinə əməl edilməməsi səbəb olub.