​Məşhur eşşək 30 yaşında öldü - FOTO

Kaliforniyanın Palo Alto şəhərində “Şrek” cizgi filmindəki uzunqulaq prototipi kimi məşhurlaşan Perri adlı eşşək 30 yaşında ölüb.

Metbuat.az modern.az-a istinadən xəbər verir ki, bu barədə "Barron Park Donkey Project" təşkilatı məlumat yayıb.

"O, cəmiyyətimizin sevimli üzvü idi və biz bilirik ki, onun vəfatı ilə bağlı nə qədər insan yas tutacaq... Perri burada yaşadığı uzun müddət ərzində Barron Park icmasının qəlbini fəth etdi...", - açılmada deyilir.

Məlumata görə, eşşəyin sağalmaz xəstəliyi olub.

Qeyd edək ki, cizgi filmlərində onu məşhur Amerika komediyaçısı Eddi Merfi səsləndirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı