​“Fənərbaxça” və “Barselona”nın istədiyi futbolçu seçimini etdi

Premyer Liqa komandalarından "Tottenhem"in futbolçusu Heung-min Son karyerasını London klubunda davam etdirəcək.

Metbuat.az xəbər verir ki, bu barədə klubdan açıqlama verilib. Məlumata görə, klub, futbolçunun müqaviləsindəki 1 illik uzatma variantından istifadə edib. Bildirilir ki, Heung-min Sonun müqaviləsi mövsümün sonunda yekunlaşacaqdı. Müqaviləyə görə, klubun futbolçunun müqaviləsini 1 il uzatma hüququ olub və klub bundan istifadə edib. Bununla da, futbolçu 2026-cı ilə qədər "Tottenhem"də oynayacaq.

Qeyd edək ki, cənubi koreyalı vinger Heung-min Son 2015-ci ildə 30 milyon avroya "Bayer Leverkuzen"dən "Tottenhem"ə transfer olunub. Heung-min Son bu mövsüm "Tottenhem"in heyətində Premyer Liqada 17 matçda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun adı “Fənərbaxça” və “Barselona” ilə hallanırdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı