​“Barselona” Dani Olmonun Türkiyə klubuna transfer olmasını istəyir

“Barselona” maddi məsələlərə görə qeydiyyatdan keçirə bilmədiyi Dani Olmonu icarəyə göndərə bilər.

Metbuat.az xəbər verir ki, La Liqa rəhbərliyi və İspaniya Futbol Federasiyası Dani Olmo ilə yanaşı Pau Viktorun da qeydiyyatına icazə verməyib. Ali İdman Şurası isə lisenziya məsələsi tam həll olunanadək və bu barədə qərar verilənədək Dani Olmo və Pau Viktor oynamasına icazə verib. Məlumata görə, Prezident Joan Laporta məsələni idman direktoru Deko ilə müzakirə edib. İspaniya mediasının məlumatına görə, qeydiyyat reallaşmasa Deko Dani Olmonu İtaliya, Fransa, Almaniya və İngiltərə kimi liqalara göndərilməsinin əleyhinədir. Bildirilir ki, futbolçu oradakı ab-havaya uyğunlaşaraq, “Barselona”ya qayıtmaq istəməyə bilər.

Müqavilə bağlamaq hüququ olduğu üçün liqanın gücü, komandanın keyfiyyəti, azarkeşlərin təzyiqi futbolçuya təsir edə bilər. Səudiyyə Ərəbistanı komandaları bütün xərcləri qarşılayır, lakin oyunçu fiziki cəhətdən geriləyə bilər. Hollandiya, Belçika və Portuqaliya klubları onun məvacibini ödəyə bilmir. Türkiyə və Yunanıstan kimi liqalar isə onu məvacibini ödəyə bilər və bu ölkələrdə qalmaq futbolçu üçün prioritet olmayacaq. İddialara görə, “Fənərbaxça” rəhbərliyi Dani Olmonun xidmətində maraqldır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı