AFFA "Xəzər-Lənkəran"ın stadionunu alır? - RƏSMİ

AFFA-nın “Xəzər Lənkəran”ın ev oyunlarını keçirdiyi Lənkəran şəhər stadionunu alacağı ilə bağlı yerli KİV-də xəbərlər yayılıb. İddia edilib ki, AFFA-nın səlahiyyətli şəxsləri qarşı tərəflə təmasa keçib və stadionu qurumun balansına keçirməkdə maraqlıdır. Əgər tərəflər maliyyə məsələlərində razılığa gələ bilsə, o zaman Lənkəran şəhər stadionunda əsaslı təmir-bərpa işlərinə start veriləcək.

Bu barədə AFFA-nın mətbuat katibi Elnur Məmmədli Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, AFFA rəhbərliyinin Lənkəran və Masallı stadionları ilə bağlı qarşı tərəflə təmasa keçməsi həqiqəti əks etdirmir.

"AFFA-nın yeni strategiyasına gəlincə, yaxın günlərdə strategiya ictimaiyyətə təqdim olunacaq və hər kəs orada yer alan müddəalarla tanış ola biləcək", - deyə məlumatda qeyd olunub.

Sevinc İbrahimzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı