​Sumqayıtda yaşayış evi yandı - Xəsarət alan var/ VİDEO

Sumqayıtda Sülh prospekti, "Əşya bazarı" adlanan ərazidə yaşayış evi yanıb.

Metbuat.az xəbər verir ki, hadisə nəticəsində xəsarət alan var.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Sülh küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın daha da genişlənməsinə, o cümlədən qonşu evlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

İlkin məlumata görə, hadisə zamanı yanğınsöndürən Ağayev Bəxtiyar adlı şəxs xəsarət alıb.






Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı