Bu gün UEFA Avropa Liqası Liqa mərhələsinin VII turu çərçivəsində Azərbaycanın "Qarabağ" klubu Rumıniyanın FCSB komandasını qəbul edəcək.
Metbuat.az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq və saat 21:45-də start götürəcək.
Oyunu slovakiyalı hakim Filip Qlova idarə edəcək.
UEFA Avropa Liqası
Liqa mərhələsi, VII tur
23 yanvar
21:45. "Qarabağ" – FCSB (Rumıniya)
Baş hakim: Filip Qlova (Slovakiya)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu
Qeyd edək ki, turnir cədvəlində "Qarabağ" 3 xalla 33-cü, FCSB isə 11 xalla 10-cu yerdə qərarlaşıb.