MSK-ya təşviqatla bağlı şikayət daxil olmayıb - Məzahir Pənahov

Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində tam şəffaflığın təmin olunması üçün bütün zəruri tədbirlər görülüb.

Metbuat.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkilərinə həsr olunmuş mətbuat konfransında açıqlama verib.

MSK sədrinin sözlərinə görə, namizədlərin seçicilərlə görüşməsi üçün 5 912 ünvan müəyyən edilib.

“Bu müddət ərzində MSK-ya təşviqatla bağlı hər hansı müraciət və ya şikayət daxil olmayıb”, – M.Pənahov bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı