ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) növbəti oyunlar keçirilib.
Metbuat.az xəbər verir ki, müntəzəm mövsüm çərçivəsində baş tutan yeddi görüşdən ən diqqətçəkəni Los-Anceles təmsilçiləri arasında oynanılıb. “Los-Anceles Klippers” doğma meydanda “Los-Anceles Leykers”ə 97:122 hesabı ilə uduzub. Bu nəticədən sonra “Klippers” Qərb Konfransının turnir cədvəlində altıncı, “Leykers” isə beşinci pillədə qərarlaşıb.
Digər matçların nəticələri:
“Filadelfiya” - “Dallas Maveriks” – 118:116
“Klivlend Kavalyers” - “Boston Seltiks” – 105:112
"Çikaqo Bullz" – "Mayami Hit" – 133:124
“Toronto Raptors” - "Nyu-York Nik" – 115:121
“Bruklin Nets” - “Hyuston Rokets” – 99:97
“Portland Treil Blazers” - "İndiana Peysers" – 112:89