“Google Maps” Meksika körfəzinin adını dəyişib.
Metbuat.az xəbər verir ki, “Google Maps” ABŞ Prezidenti Donald Trampın sərəncamına uyğun olaraq Meksika körfəzinin adını “Amerika Körfəzi” olaraq yeniləyib. Məlumata görə, dəyişiklik “Google”un rəsmi hökumət mənbələrinə sadiq qalmaq siyasətinə uyğun olaraq edilib. “Google”un X hesabındakı açıqlamada deyilir ki, şirkətin rəsmi dövlət mənbələrində yenilənmiş adları tətbiq etmək siyasəti var.
Qeyd edək ki, “Google”, ABŞ-dən kənar istifadəçilərin xəritədə həm “Amerika Körfəzi”ni, həm də bölgələrində istifadə olunan adı görə biləcəklərini bəyan edib. Rəsmi adlar ölkələr arasında fərqli olduqda, xəritə istifadəçiləri coğrafi ərazinin adını öz regionlarında istifadə edilən adda görürlər. Dünyanın qalan hissəsində hər iki ad göstərilir. Xatırladaq ki, oxşar təcrübə Yaponiya ilə Cənubi Koreya arasında “Yaponiya dənizi” və ya “Şərq dənizi”nin mübahisəli adları ilə bağlı da həyata keçirilib.