UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb.
Metbuat.az xəbər verir ki, bu, "Borussiya Dortmund" klubunun hücumçusu Serou Qirassidir. 28 yaşlı qvineyalı oyunçu "Sportinq"lə (Portuqaliya) keçirilən ilk pley-off matçında (3:0) 1 qol və 1 assistlə yadda qalıb.
O, səsvermədə Vinisius Junior ("Real Madrid", İspaniya), Vanqelis Pavlidis ("Benfika", Portuqaliya) və İqor Payşaonu ("Feyenoord", Niderland) qabaqlayıb.