"Bakı Konqres Mərkəzi" auditor seçir

Maliyyə Nazirliyinə məxsus "Bakı Konqres Mərkəzi" MMC 2024-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.

Metbuat.az xəbər verir ki, sorğuda iştirak haqqı 30 manatdır.

İddiaçılar təkliflərini martın 4-nə qədər şirkətin Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 130 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə martın 4-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.

Ötən il bu sorğunun qalibi "Abacus Audit And Consulting" MMC olub. Şirkətə 14,6 min manat ödənilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı