Ulduz futbolçu "Barselona"ya keçmək istəyir - Özü təklif göndərdi

"Liverpul" klubunun futbolçusu Luis Dias karyerasını İspaniya La Liqasında davam etdirmək istəyir.

Metbuat.az xəbər verir ki, futbolçu öz xidmətini “Barselona” klubuna təklif edib. Məlumata görə, Luis Dias “Barselona”da oynamaq istədiyi barədə klbun idman direktoru Dekoya mesaj göndərib. O, mövsümün sonunda “Barselona”ya transfer ola bilər.

Qeyd edək ki, bundan əvvəl “Barselona”nın Luis Diası transfer etmək istədiyi barədə xəbərlər dərc edilmişdi. Lakin maddi məsələlərə görə, transferin reallaşmadığı irəli sürülmüşdü. Luis Dias bu mövsüm “Liverpul”un heyətində 35 oyunda 13 dəfə fərqlənib. Onun “Liverpul”la müqaviləsi 2027-ci ildə başa çatacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı