Əkbər Hüseyn-zadə 92 balla ölkə ikincisi oldu - FOTO

Bakı Ali Neft Məktəbinin (BANM) V kurs tələbəsi Əkbər Hüseyn-zadə magistraturaya qəbul imtahanlarında 92 bal toplayaraq (95 bal üzərindən) (esse'siz) ölkə ikincisi olub.

Metbuat.az xəbər verir ki, bu barədə BANM-dan məlumat verilib.

Qeyd edək ki, Əkbər Hüseyn-zadə Gənc İstedadlar liseyini qızıl medalla bitirib. O, 2020-ci ildə 682.5 balla Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına qəbul olub. Bakı Ali Neft Məktəbində son semestr ortalaması 100 üzərindən 97 baldır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı