Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşması çərçivəsində Həmas tərəfindən bu gün azad edilən 6 israilli girovun qarşılığında İsrailin həbsxanalardakı 620 fələstinli məhbusu azad edəcəyi bildirilib.
Metbuat.az xəbər verir ki, bu barədə HƏMAS-a bağlı Məhbuslar Media Ofisi tərəfindən edilən açıqlamada bildirilib.
Qeyd edilib ki, daha əvvəl 602 olaraq bildirilən məhbus mübadiləsinin yeddinci turunda sərbəst buraxılacaq fələstinli girovların sayı 620-yə çatıb.
Bu turda azad ediləcəklər arasında ömürlük və ya uzunmüddətli həbs cəzasına məhkum edilmiş 151 fələstinli girov da var.