“Mançester Siti”nin müdafiəçisi əməliyyat olundu

“Mançester Siti”nin müdafiəçisi Natan Ake ayağından əməliyyat olunub.

Metbuat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Niderlan millisinin üzvü İngiltərə kubokunun 1/8 finalında “Plimut”la oyunda (3:1) zədələnmişdi. Akenin sağalma vaxtı açıqlanmayıb. İngiltərə mətbuatı onun üçün mövsümün bitdiyini yazır .

Qeyd edək ki, 30 yaşlı müdafiəçi bu mövsüm Mançester Siti”nin heyətində bütün turnirlərdə 18 oyun keçirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı