"Qalatasaray" "Fənərbağça"nı məğlub edərək yarımfinala yüksəldi

"Qalatasaray" Türkiyə Kubokunun 1/4 final mərhələsində "Fənərbağça"ya qalib gəlib.

Metbuat.az xəbər verir ki, "Ülker" stadiyonunda keçirilən matçda 2:1 hesablı qələbə qazanan "sarı-qırmızılar" yarımfinala adlayıblar. Qonaqların heyətində Viktor Osimhen dubl (10, 27) müəllifi olub. Meydan sahiblərinin yeganə qolunu isə Sebastyan Şimanskiy (45+2) vurub.

"Qalatasaray" finala gedən yolda "Konyaspor"la üz-üzə gələcək.

Qeyd edək ki, günün ilk matçında “Trabzonspor” öz meydanında “Bodrumspor”u 3:2 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı