Türkiyənin Karabük şəhərində minik avtomobili ilə yük maşını toqquşub. Hadisə nəticəsində 4 nəfər ölüb.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, toqquşma zərbəsinin təsirindən avtomobil yoldan çıxaraq yol ayırıcısına düşüb.
Minik avtomobilindəki üç qadın hadisə yerində keçiniblər. Ağır yaralanan bir kişi və qadın isə xəstəxanaya yerləşdiriliblər. Həkimlərin müdaxiləsinə baxmayaraq, kişinin həyatını xilas etmək mümkün olmayıb.