Mask Trampı tarif məsələsində fikrindən daşındırmağa çalışır

Amerikalı iş adamı İlon Mask yeni gömrük tariflərini geri götürmək üçün ABŞ Prezidenti Donald Trampla müzakirə aparmağa çalışdığı iddia edilib.

Metbuat.az xəbər verir ki, İlon Mask Trampı qərarından daşındırmağa çalışır. “Vaşinqton Post” qəzetinin adının açıqlanmasını istəməyən iki mənbəyə əsaslanan xəbərinə görə, İlon Maskla Tramp arasında bəzi məsələlərdə fikir ayrılığı olub. Mənbələrə görə, Mask və ətrafındakı bəzi iş adamları Trampın yüksək tariflərin iqtisadiyyata zərər verə biləcəyini bilsələr də, Maliyyə Naziri Skott Bessent kimi fiqurların onu daha mötədil iqtisadi yanaşmaya yönləndirə biləcəyinə inandıqları üçün seçki kampaniyası zamanı Trampı dəstəkləyiblər.

Mask da daxil olmaqla iş adamları, xəbərdarlıqlara baxmayaraq geri çəkilməyən Trampın açıqladığı yüksək tariflərin qlobal şirkətlərə ziyan vurduğunu və ABŞ vətəndaşlarının daha çox vergi ödəməsinə səbəb olduğunu irəli sürüblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı