09.05.2025-ci il tarixində saat 16:00 radələrində Beyləqan rayonunda 1 nəfər azyaşlı (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

2025-ci il təvəllüdlü azyaşlıya atrofik vəziyyət diaqnozu təyin edilib.

Həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 16:10-da azyaşlının ölüm faktı qeydə alınıb.

13:14

Beyləqanda xəstəxanada uşaq ölümü baş verib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, paytaxt xəstəxanalarının birində vaxtından əvvəl doğulan körpə Beyləqana - yaşadıqları G.Əsədov küçəsinə gətirilib.

4 gün sonra körpənin vəziyyəti pisləşib. Ailə üzvləri onu Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da, körpə həyatını dəyişib.

Faktla bağlı araşdırma aparılır.