Hindistan Respublikası ilə Pakistan İslam Respublikası arasında elan edilmiş atəşkəsi alqışlayırıq.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

"Bu atəşkəsin regionda gərginliyin azaldılmasına, eləcə də davamlı sülh və sabitliyin bərqərar olmasına töhfə verəcəyinə ümidvarıq. Tərəfləri mövcud məsələlərin həlli istiqamətində və qarşılıqlı etimadın yaradılmasına yönəlmiş məhsuldar dialoqa çağırırıq", - deyə məlumatda qeyd olunub.