Beyləqan rayonunda 17 tüfəng polisə təhvil verilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Metbuat.az-a verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayon sakinləri 17 ədəd müxtəlif markalı tüfəngi təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.