Azərbaycanın minifutbol millisi Bakıda keçirilən dünya çempionatının qalibi olub.

Metbuat.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv finalda Macarıstan seçməsi ilə qarşılaşıb.

Milli Gimnastika Arenasında baş tutan matç yığmamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.