Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi qəzaya uğrayıb.

Metbuat.az xəbər verir ki, hadisə paytaxt Dəkkədə baş verib. Təlim uçuşu zamanı idarəetməni itirən təyyarə məktəb binasına çırpılıb.

Qəza nəticəsində 1 nəfər həyatını itirib, 4 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan bəzilərinin vəziyyəti ağırdır.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır. Rəsmi qurumlar qəzanın texniki nasazlıq və ya pilot səhvi ilə bağlı olub-olmadığını müəyyənləşdirməyə çalışırlar.