Amur vilayətində itkin düşən An-24 təyyarəsinin qəzaya uğradığı yer tapılıb.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
***
10:02
Rusiyanın Amur vilayətində göyərtəsində 46 nəfərin olduğu sərnişin təyyarəsi ilə əlaqə itib.
Metbuat.azxəbər verir ki, bu barədə Amur vilayətinin qubernatoru Vasili Orlov bildirib.
O qeyd edib ki, "Angara" aviaşirkətinə məxsus An-24 təyyarəsi Tında şəhəri yaxınlığında radarlardan itib.
"Təyyarədə 43 sərnişin, o cümlədən 5 uşaq və 6 heyət üzvü olub",- qubernator deyib.