“Real Madrid” “Liverpul”un yarımmüdafiəçisi Aleksis Makallisteri transfer edə bilər.
Metbuat.az xəbər verir ki, məşqçi Xabi Alonso futbolçunun transfer edilməsini tələb edib. “Fichajes”də dərc edilən xəbərə görə, Alonso futbolçunu Toni Kroos və Luka Modriçin əvəzləyici hesab edir. Futbolçunun transfer dəyərinin 100 milyon avro olduğu irəli sürülür.
Qeyd edək ki, "Real"da oyun qurucu mövqeyində Arda Güler çıxış edir.