Erməni əsilli fotoqrafın fotoları Türkiyədə ciddi qalmaqala səbəb olub

10:13 20 Yanvar 2015
73 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Erməni əsilli fotoqraf Aspet Manukyanın çəkdiyi fotolar Türkiyədə ciddi qalmaqala səbəb olub. Bu barədə Trend Türkiyənin "Milliyet" qəzetinə istinadən məlumat verir.

Məlumata əsasən, Manukyan Atatürk Hava Limanının səmasında izacəsiz olaraq təyyarələrin uçuş və enişlərininin foto şəkillərini çəkib. Bütün bunlarla yanaşı Manukyan Atatürk Hava Limanının səmasında icazəsiz videoçəkiliş də aparıb və daha sonra bu kadrları "Youtube" video şəbəkəsinə yerləşdirib.

Qəzetin məlumatına əsasən kadrların video şəbəkələrdə yayımlanmasından sonra Manukyan üzr istəsə də, onun bu əməli Türkiyə Pilotlar Dərnəyi tərəfindən terrorçuluq üçün zəmin kimi qiymətləndirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2355092.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR